Şamaxıda iki qardaş yol qəzasında öldü

 11:08 03.06.2019     416
Şamaxı şəhəri ərazisində “VAZ-21214” və “Shacman” markalı avtomobillər toqquşub.
 
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, iyunun 1-də saat 16 radələrində Şamaxı şəhəri ərazisində Quşçu kənd sakini Ramil İsmayılovun idarə etdiyi “VAZ-21214” və Qobustan rayon sakini Ramil Şahverdiyevin idarə etdiyi “Shacman” markalı avtomobillər toqquşub.
 
Nəticədə R.İsmayılov və sərnişini, qardaşı Rasim hadisə yerində ölüblər.
 
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Vumart və Güvən reklamı Vumart Güvən