MTRŞ-nin telekanallara etdiyi maliyyə yardımının həcmi məlum olub

 11:46 03.06.2019     302

Ötən il Milli Televiziya və Radio Şurasının (MTRŞ) telekanallara etdiyi maliyyə yardımının həcmi məlum olub.

Redaktor.az-ın ona.az-a istinadən verdiyi xəbərə görə, MTRŞ-nin 2018-ci il üzrə maliyyə hesabatında bildirilib ki, Şura tərəfindən telekanallara 3 milyon manat həcmində maliyyə yardımı və sair transfer ödənişləri edilib.