AZAL sifariş verdiyi "Boeing 737 MAX 8" təyyarələrindən imtina edib

 11:55 03.06.2019     268

"Azərbaycan Hava Yolları" (AZAL) “Boeing” korporasiyasına sifariş verdiyi "Boeing 737 MAX 8" təyyarələrinin alınmasından imtina edib.

Redaktor.az ona.az-a istinadən xəbər verir ki, bunu AZAL-ın prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib.

Onun sözlərinə görə, AZAL artıq bu barədə "Boeing" korporasiyasını xəbərdar edib.

Qeyd edək ki, bundan öncə AZAL sifariş verdiyi "Boeing 737 MAX 8" təyyarələrinin başqaları ilə əvəzlənməsini bildirmişdi. "737 MAX 8" təyyarələrinin ilk partiyası artıq bu il Azərbaycana çatdırılmalı idi. Lakin yaranmış vəziyyətlə bağlı sözügedən avialaynerləri sifariş edən digər aviaşirkətlərdə də olduğuğu kimi proses dayandırılmışdı.

AZAL "Boeing" korporasiyasından 10 "Boeing 737 MAX 8" tipli təyyarə sifariş edib.

Xatırladaq ki, son yarım il ərzində iki "Boeing 737 MAX" təyyarəsi qəzaya uğrayıb, nəticədə 346 nəfər həlak olub. Artıq dünyanın 30-dan çox aviaşirkəti bu təyyarə növündən istifadə etməkdən imtina edib.