Bakı metrosunda 2 yeni ventilyatorun quraşdırılması başa çatdı

 16:48 03.06.2019     339

Bakı metropoliteninin stansiyaları üçün gətirilən 7 yeni havalandırma ventilyatorundan 2-nin quraşdırılması başa çatıb.

Redaktor.az trend.az-a istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, artıq Bakıya gətirilən yeni ventilyatorlardan biri "Memar Əcəmi" stansiyasında quraşdırılıb:

"İyunun 4-də həmin ventilyator "Memar Əcəmi" stansiyasında işə salınaraq təqdimat mərasimi keçiriləcək. Gətirilən 7 ventilyatordan daha biri metronun "Qara Qarayev" stansiyasında quraşdırılıb".

B.Məmmədov bildirib ki, Bakıya gətirilən daha 5 ventilyator isə mərhələli şəkildə quraşdırılacaq.

 
Vumart və Güvən reklamı Vumart Güvən