AQTA: May ayında 17 qida zəhərlənməsi olub

 18:20 03.06.2019     383

May ayı ərzində  Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 1 534 müraciət daxil olub.

Agentlikdən Redaktor.az-a verilən məlumata görə, daxil olan müraciətlərdən 298-i sertifikatlaşdırma və qeydiyyat, 313-ü idxal-ixrac əməliyyatları, 137-si istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.

Qida zəhərlənmələri ilə bağlı Agentliyə 29 müraciət daxil olsa da, onlardan yalnız 17-si öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.

Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 119-u işə qəbulla, 638-i isə digər xarakterli müraciətlər olub.

Vumart və Güvən reklamı Vumart Güvən