Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyət və hərbi texnikaları Naxçıvana gəlib

 19:39 03.06.2019     381

İyunun 7-dən 11-dək keçiriləcək “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təliminə cəlb edilmiş Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyət və hərbi texnikaları Naxçıvana gəlib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, bu münasibətlə Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində təntənəli qarşılanma mərasimi keçirilib.

Sonda təlimə cəlb edilmiş Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində yerləşiblər.

Vumart və Güvən reklamı Vumart Güvən