APA fəaliyyətini bərpa etdi

 09:55 04.06.2019     348
"Azəri-Press" Agentliyi (APA) fəaliyyətini bərpa edib.
 
Agentlik Azərbaycan, rus və ingilis dillərində xəbər xidməti göstərir. Xəbər xidməti xüsusi bülletenlər və on-line sistemi ilə həyata keçirilir. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır.
APA-nın Azərbaycanın bütün bölgələrində, həmçinin, Türkiyə, Rusiya, İran, Gürcüstan və Böyük Britaniyada ofisləri fəaliyyət göstərir.
 
Agentliyin tərkibində xüsusi olaraq iqtisadiyyatla bağlı “APA-Economics” bölməsi var.
 
“APA-Economics” iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən operativ məlumatlar, obyektiv analitik məqalələr, müxtəlif icmallar təqdim edir.
 
Agentliyin internet ünvanı belədir: www.apa.az
 
Yaxın vaxtlarda APA TV də fəaiyyətini davam etdirəcək.