Azərbaycanda DƏHŞƏTLİ QƏZA - Ölənlərin adları açıqlandı

 10:11 04.06.2019     2628

Hacıqabulda baş verən ağır yol qəzasında ölən və yaralananlardan bəzilərinin adları açıqlanıb.

Redaktor.az-ın ONA-ya istinadən məlumatına görə, hadisə zamanı yaralanan şəxslərdən 3-ü bir ailənin üzvləridir (Ucar sakinləri Şirəliyeva Elnarə Sərxan qızı (1968-ci il təvəllüdlü), onun övladları Şirəliyev Yusif Fikrət oğlu (13 yaş), Şirəliyev Nicat Fikrət oğlu (11 yaş). 

Qəza zamanı ölən şəxslərin hər ikisi kişidir. Onlardan birinin şəxsiyyəti müəyyənləşib. Bu, Yevlax sakini 1968-ci il təvəllüdlü Qasımov İsmət Vəliyəddin oğludur.

***

09:10

Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində qeydə alınıb.

Bildirilir ki, "Mercedes Vito" markalı mikroavtobus "KaMAZ" markalı yük maşınına dəyərək aşıb. Nəticədə iki nəfər hadisə yerində dünyasını dəyişib, daha 4 nəfər xəsarət alıb. Onlardan ikisi azyaşlıdır.

Yol qəzasının təfərrüatlarını Baş DYP İdarəsinin istintaqçıları araşdırır.