SOCAR-ın gəlirləri 111,2 milyard manata yüksəlib

 14:30 04.06.2019     282

SOCAR 2018-ci il üçün maliyyə hesabatını açıqlayıb.

Redaktor.az-ın məlumatına görə, hesabata əsasən, şirkət ümumi gəlirlərini əvvəlki illə müqayisədə artıraraq 111,2 milyard1manata çatdırıb.

Satışların maya dəyəri 105,5 milyard 2 manat, xalis əməliyyat xərcləri isə 2,1 milyard 3 manat təşkil edib. Ötən ildə şirkətin əməliyyat gəliri artaraq, 3,6 milyard 4 manata çatıb.

SOCAR-ın fəaliyyət göstərdiyi bəzi xarici ölkələrdə valyuta kursunun dəyişkənliyi xərclərin artımına səbəb olsa da, Şirkət 2018-ci ili mənfəətlə başa vurmağa nail olub. Beləliklə, şirkətin xalis mənfəəti 1,2 milyard 5 manat təşkil edib.

Hesabat ilində xam neftin satışından 58,5 milyard6 manat, neft məhsullarının satışından isə 40,1 milyard 7 manat əldə edilib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “2017-ci və 2018-ci illərdə SOCAR maliyyə göstəricilərini neft böhranından əvvəlki səviyyəyə qaldırmağa nail olmuş, illəri mənfəətlə başa vurmuşdur. Ötən il dövriyyədə müsbət saldonun əldə olunmasına əsas etibarilə, dünya neft bazarında qiymətlərin artması, STAR və Polipropilen zavodlarının istismara verilməsi ilə neft-kimya məhsullarından daha yüksək gəlirin əldə edilməsi, “Şahdəniz-2” layihəsi üzrə təbii qaz satışının yüksəlməsi səbəb olmuşdur. Növbəti illərdə yeni layihələrin başa çatdırılması və dayanıqlı istismarı ilə bu müsbət dinamikanı qorumağa çalışacağıq”.

Audit olunmuş maliyyə hesabatlarına görə SOCAR Qrupunun ümumi aktivləri ötən il 62,1 milyard 8, bunun müqabilində ümumi borc öhdəlikləri 13,7 milyard 9 manat təşkil edib. SOCAR-ın cəmi kapitalı əvvəlki illə müqayisədə artaraq 24 milyard 10 manata çatıb.

Qeyd edək ki, son 10 ildə SOCAR-ın ümumi gəlirləri 24, cəmi kapitalı isə 3 dəfədən çox artıb. SOCAR-ın 31.12.2018-ci il tarixinə hazırlanmış maliyyə hesabatlarına əvvəlki illərdə olduğu kimi nüfuzlu beynəlxalq audit şirkətlərindən Ernst & Young Holdings (CIS) B.V. müsbət rəy verib. Ötən hesabat illəri ilə müqayisədə 2017-ci və 2018-ci illərdə davam etdirilən əlavə tədbirlər nəticəsində audit rəyinin 1 ay əvvəl alınmasına nail olunub.