Bügünkü hərracda özəlləşdirilən əmlaklar - Siyahı

 19:39 04.06.2019     297

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.

Komitədən Redaktor.az-a verilən məlumata görə, hərracda özəlləşdirilən kiçik dövlət müəssisəsi Sabirabad rayonunda yerləşən 48 saylı yeməkxanadır. Ümumi sahəsi 226,3 kv.m, torpaq sahəsi 770 kv.m təşkil edən bu iaşə obyekti xidmət sahəsinə aid olmaqla investor üçün yaxşı gəlir mənbəyidir. Həmin əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib.

Qeyd edilməlidir ki, hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahələri ilə birgə özəlləşdirilir. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır

Qeyri-yaşayış sahələri Bakı və Sumqayıt şəhərlərində yerləşir. Bakı üzrə özəlləşən əmlak Qaradağ rayonunda yerləşir. Ümumi faydalı sahəsi 85 kv.m-ə yaxın olan əmlak xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Sumqayıtda yerləşən ümumi faydalı sahəsi 50 kv.m-ə yaxın olan obyektdən ofis, xidmət obyekti kimi istifadə etmək olar.

Məlumat üçün bildirilməlidir ki, budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakı şəhərində yerləşən qeyri-yaşayış sahəsi olub.

Qeyd edilməlidir ki, hərracda müxtəlif markalı nəqliyyat vasitələri sahibini tapır. Özəlləşən nəqliyyat vasitələri Avropa, Asiya, Amerika istehsalı olan avtomobillər üstünlük təşkil edir. Bunlara "BMW", "Fiat", "Chevrolet", "Kia", "Nissan" kimi avtomobilləri qeyd etmək olar. Həmin maşınların buraxılış tarixi isə müxtəlif illəri əhatə edir. Budəfəki hərracda isə istehsal tarixi 2006-cı il olan "Nissan Maxima" markalı avtomobil özəlləşdirilib.