Azərbaycan Premyer Liqasında yeni mövsümün başlanma tarixi bəlli olub

 22:42 04.06.2019     351

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün başlanma tarixi bəlli olub.

Redaktor.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, növbəti mövsüm avqustun 16-da start götürəcək. 

Mövsümün yay və qış transfer pəncərəsinin də vaxtı bəllidir. 2019-cu ilin 11 iyun - 2 sentyabr tarixi yay, 2020-ci ilin 7 yanvar - 3 fevral tarixi qış transfer pəncərəsi kimi qəbul olunacaq.