Qusarın Ləzə kəndində torpaq sürüşməsi olub

 23:26 04.06.2019     319

Bu gün axşam saatlarında Qusarın Ləzə kəndində torpaq sürüşməsi olub.

Redaktor.az ONA-ya istinadən xəbər verir ki, hadisə nəticəsinə böyük palçıq kütləsi kəndə doğru gəlməyə başlayıb. Kənd sakini Mövlud Əzizovun verdiyi məlumata görə, yerli camaatın təsərrüfatlarına ziyan dəyib. Hazırda hadisə yerində texnikalar işləyir. Kənd sakinləri palçıq axınının evlərə doğru hərəkət etmək təhlükəsi olduğunu bildiriblər.

Vumart və Güvən reklamı Vumart Güvən