İnterpol qətldə təqsirləndirilən Azərbaycan vətəndaşını axtarır

 01:04 05.06.2019     413

İnterpol daha bir azərbaycanlı barədə beynəlxalq axtarış elan edib.

Redaktor.az Trend-ə istinadən xəbər verir ki, 1979-cu ildə Şirvan şəhərində anadan olan Elnur Abbasov qəsdən adam öldürməkdə ittiham olunub.

Təqsirləndirilən şəxs barəsində hüquq-mühafizə orqanlarında cinayət işi başlansa da, o istintaqdan yayınıb.

Məhkəmə istintaq orqanının təqdimatı ilə E.Abbasov barəsində həbs qətimkan tədbiri seçilib və axtarış elan edilib.

İnterpol məhkəmə qərarına əsasən E. Abbasovu beynəlxalq axtarışa verib.

Vumart və Güvən reklamı Vumart Güvən