Azərbaycanda Ramazan münasibətilə bayram namazı qılınıb

 09:16 05.06.2019     480

Ramazan bayramı ilə əlaqədar Azərbaycanın bütün məscidlərində bayram namazı qılınıb.

Redaktor.az-ın Trendə istinadən məlumatına görə, bu gün Ramazan ayının başa çatması münasibətilə saat 09:00-dan etibarən (bəzi məscidlərdə 08:00) Azərbaycanda fəaliyyət göstərən bütün məscidlərdə bayram namazları qılınıb.

Yüz minlərlə insan məscidlərdə namaz qılıb, dualar edib, Allahdan bağışlanmalarını diləyib. Həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpası, ölkəmizin ən ağrılı yarası olan Dağlıq Qarabağ probleminin tezliklə həlli, ordumuzun torpaqlarımızı düşmən işğalından azad etməsi üçün dua edilib.

Təzəpir məscidində bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə qılınıb.

**

Azərbaycanda Ramazan münasibətilə bayram namazı qılınır.

Bayram namazı "Əjdərbəy" məscidində, saat 08.00-da başlanıb.

Qeyd edək ki, bayram münasibətilə ölkənin bütün məscidlərində bayram namazı qılınır, "Təzə Pir" məscidində isə bayram namazı saat 09:00-da qılınacaq.

Xatırladaq ki, QMİ Qazılar Şurasının fətvasına əsasən, Ramazan ayı bu il Azərbaycanda miladi təqvimlə mayın 6-da başlayıb. Eydül-Fitr (Fitr bayramı) isə miladi təqvimilə iyunun 5-nə təsadüf edir.