Yaxın zamanlarda müharibələrin harada başlayacağı məlum oldu

 15:07 05.06.2019     312

MDB icraçı katibi Sergey Lebedev dünyanın bir sıra bölgələrində müharibə təhlükəsinin olduğunu bəyan edib.

RİA Novosti xəbər verir ki, o, MDB müdafiə nazirlərinin toplantısında Venesuela və Fars körfəzi, habelə digər regionlarda münaqişə potensialının yığılması prosesinin getdiyini bildirib.

Lebedev qeyd edib ki, bu gün regional və qlobal təhlükəsizlik dağılır və buna səbəb ABŞ-la NATO-nun müasir dünyada dominantlıq etmək, habelə təsir dairəsini nəyin bahasına olursa-olsun genişləndirmək cəhdləridir.