Goranboyda maşın 37 yaşlı piyadanı vurub

 21:59 05.06.2019     261

Goranboy rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Redaktor.az Report-a istinadən xəbər verir ki, hadisə Goranboy şəhərində qeydə alınıb. Avtomobil yolu qarşı tərəfə keçmək istəyən 37 yaşlı Ramil Həsənovu vurub. O, müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.