Qaradağda yanğın olub

 01:18 06.06.2019     383

Bakıda yanğın qeydə alınıb.

FHN-dən Redaktor.az-a verilən məlumata görə, şəhərin Qaradağ rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı natamam tikilinin yanar konstruksiyaları və içərisindəki ev əşyaları 60 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.