Gəncədə dəhşətli hadisə - Yeniyetmə 9-cu mərtəbədən yıxılaraq öldü

 00:53 06.06.2019     288

Gəncə şəhərində bədbəxt hadisə baş verib.

Redaktor.az ONA-ya istinadən xəbər verir ki, 9-cu sinif şagirdi olan Vaqif adlı yeniyetmə doqquzmərtəbəli binanın 9-cu mərtəbəsindən yıxılaraq həyatını itirib.

Bildirilir ki, hadisə Abbas Səhhət küçəsində qeydə alınıb. Yeniyetmənin ehtiyatsızlıq səbəbindən yıxıldığı deyilir.

Fakt şəhər Prokurorluğu tərəfindən araşdırılır.