İmişlidə yol qəzası olub, xəsarət alan var

 04:32 06.06.2019     247

İmişlidə xəsarətlə nəticələnən yol qəzası baş verib.

Redaktor.az Report-a istinadən xəbər verir ki, hadisə saat 21 radələrində, Ağsu-Kürdəmir-Bəhramtəpə avtomobil yolunun rayonun Şahverdili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobil "Moskviç"lə toqquşub. Qəza zamanı İmişli rayon Sərxanlı kənd sakini, 1986-cı il təvəllüdlü Quliyev Samir Ağabala oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

2