Bərdə sakinindən “Makarov” götürülüb

 14:55 06.06.2019     317

Bərdə sakinindən silah götürülüb.

Daxili İşlər Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində Bərdə rayon sakini Ə.Əliyevdən 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 3 ədəd patron götürülüb.