Gəncədə Polis bölməsinin rəisi dəyişib

 18:30 06.06.2019     283

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi xəbərə görə, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, Gəncə şəhər Baş Polis İdarəsininNizami rayonPolis Bölməsinin rəisi Tahir Həsənov yaşa görə işdən azad olub.

Onun yerinə polis polkovniki-leytenantı Üzeyir Atamov təyin edilib. O daha əvvəl Şəmkir rayon Polis Şöbəsinin Zəyim Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.