Bayram günlərində avtobuslarla bölgələrə və paytaxta 28 min 400 nəfər daşınıb
Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) bayram günləri ilə əlaqədar gücləndirilmiş iş rejimini davam etdirir.
Redaktor.az-ın məlumatına görə, qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, Ramazan bayramı ilə əlaqədar iyunun 5-i və 6-da Bakı Beynəlxalq Avtovağzal Kompleksi də daxil olmaqla ölkənin 56 avtovağzal və avtostansiyalarından 28 min 400 sərnişin daşınıb:
"Bu, həm paytaxt Bakıdan bölgələrə, həm də bölgələrdən paytaxta daşınan sərnişinlərin sayıdır. İyunun 7-də isə 15 min 620 sərnişin daşınıb ki, onlardan 11 min 920 nəfər bayramın son günü olduğu üçün bölgələrdən Bakıya, 3 min 700 nəfər isə paytaxtdan bölgələrə daşınıb. Gün ərzində 718 nəfər isə beynəlxalq daşıma olub".