Gələn ay ikinci Günəş tutulması olacaq

 11:06 07.06.2019     255

Gələn ay 2019-cu ilin ikinci Günəş tutulması baş verəcək.

Redaktor.az-ın AMEA Şamaxı Astrofizika Rəsədxanasına istinadən verdiyi xəbərə görə, Günəş tutulması (tam tutulma) iyulun 2-3-nə təsadüf edəcək.

Təbiət hadisəsi Bakı vaxtı ilə saat 20:55-də başlayacaq və 01:50-də başa çatacaq.

Günəş tutulması Sakit Okeanın cənub hissəsi, Cənubi Amerika, Çili, Argentina və Sakit okeanın cənubundan aydın görünəcək.//Apa.az