Bu hakimlər nə qədər maaş alacaq?

 11:38 07.06.2019     300

Azərbaycanda yeni fəaliyyətə başlayacaq kommersiya məhkəmələrinin sədrlərinin maaşları məlum olub.

Redaktor.az report.az-a istinadən xəbər verir ki, bununla bağlı məsələ “Məhkəmələr və hakimlər haqqında” qanuna əlavə edilən yeni fəsildə öz əksini tapıb.

Kommersiya məhkəmələrinin sədrləri də ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin sədrləri kimi Ali Məhkəmə sədrinin vəzifə maaşının 80%-i həcmində - 1824 manat maddi təminat alacaq.