“İki gün ərzində ölkə ərazisində 27 zəif zəlzələ olub” - Qurban Yetirmişli

 11:43 07.06.2019     271

"Son iki gündə respublika ərazisində baş verən kiçik maqnitudalı zəlzələlərin sayı artıb".

Redaktor.az apa.az-a istinadən xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib. 

Onun sözlərinə görə, son iki gündə ölkə üzrə 27 zəif zəlzələ olub, onların arasında hiss olunan zəlzələ azdır. Misal üçün,  Zaqatala zəlzələsini bir-iki adam hiss edib, dünən Xəzərdə baş verən zəlzələ də hiss olunmayıb. Burda qorxulu bir şey yoxdur, yerdaxili proseslərdir".