Göyçayda kanalda təmir işlərinə başlanılıb

 12:50 07.06.2019     260

Göyçay rayonunda torpaq kanalda baş vermiş sızmanın aradan qaldırılması ilə bağlı bərpa ilşlərinə başlanıb.

Redaktor.az trend.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin əməkdaşı Dilqəm Şərifov məlumat verib.

Onun sözlərinə görə, hazırda əraziyə texnika və canlı qüvvə cəlb edilib: "Artıq bərpa işlərinə başlanılıb. Ərazidə elə də təhlükəli vəziyyət yaranmayıb. Rayonun Çərəkə və Çərəzə kəndləri arasından axan torpaq su kanalıdır. Kanal əvvəllər beton olsa da, istismar müddətini başa vurduğundan torpaqda gedən proseslərə uyğun olaraq burada sızma baş verib. Su açılması olub, lakin heç bir əraziyə ziyan dəyməyib. Hazırda kanalın suyunu bağlayıblar ki, texnika və canlı qüvvə sızmanın qarşısını ala bilsin. Günün sonuna kimi bərpa işləri başa çatacaq və kanala yenidən su veriləcək".