Bakıda qaldırıcı kranın üzərinə çıxaraq intihara cəhd edən şəxsin qarşısı alınıb

 15:40 07.06.2019     276

Paytaxtın Səbail rayonunda intihara cəhd qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən,  Bakı şəhərinin Səbail rayonunda 1 nəfər qaldırıcı kranın üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbət nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.