Babək prospektində su sızması baş verib

 16:30 07.06.2019     355

Babək prospekti-56 ünvanında (Maşın bazarının yaxınlığı) yolun altından keçən və “Azərsu” ASC-yə məxsus su xəttində qəza baş verib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Redaktor.az-a verilən məlumata görə, baş vermiş qəzanın aradan qaldırılması üçün sözügedən qurumun əməkdaşları tərəfindən ərazidə qazıntı işlərinə başlanılır.

Sürücülərdən qeyd olunan ünvanda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.