Bu şəxslər sürücülük hüququnu İTİRƏ BİLƏRLƏR - Yaş məhdudiyyəti...

 17:40 07.06.2019     606

Bəzi sürücülərin yaşı 70-80-ə yaxın olsa da, avtomobil idarə edirlər.

Belə iddia olunur ki, yaşlı insanların avtomobil istifadə etməməsi daha doğru ola bilər.

Maraqlıdır ki, istənilən yaşda avtomobil idarə etmək olarmı?

Nəqliyyat eksperti Ərşad Hüseynov Redaktor.az-a açıqlamasında bildirib ki, sağlamlığı imkan verməyən sürücülərin avtomobil idarə etməsi yolverilməzdir:

“Sürücülərə dair tələblər Birləşmiş Millətlər Təşkilatının (BMT) beynəlxalq sazişinə əsasən müəyyən olunub. Həmin sazişdə sürücülər üçün aşağı yaş məhdudiyyəti təyin olunub. Yuxarı yaş məhudiyyəti isə yalnız işçi sürücülər üçün nəzərdə tutulub. Məsələn, avtobus sürücüləri üçün 65 yaşdan sonra məhdudlaşdırma mövcuddur. Yəni, 65-dən yuxarı olan avtobus sürücülərinə D və E kateqoriyaları verilmir. Bu məhdudiyyət əmək vəzifələri və pensiya yaşına görədir. Digər nəqliyyat vasitələrində isə hansısa məhdudiyyət yoxdur.

Sürücülərə aid mühüm tələb sağlamlıqla bağlıdır.

Sürücü 70 yaşını keçəndən sonra 2 ildən bir tibbi müayinədən keçməlidir. Müayinə zamanı sürücülük üçün onun sağlamlığında problemlər olarsa, sürücülük hüququnu itirə bilər. Belə ki, tibbi arayış nəticəsində onun sürücülük vəsiqəsi yenilənmir”.

Gülşən Şərif / Redaktor.az