İsmayıllıda 4 ton narkotik yandırılıb - FOTOLAR

 17:01 07.06.2019     228

“Xaş-xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətindən Redaktor.az-a verilən məlumata görə, rayonun Xanagah kəndi ərazisində çay kənarında yabanı halda bitmiş ümumi çəkisi 4 tondan artıq olan 3423 ədəd narkotik tərkibli çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

22