Babək prospektində su xəttindəki qəzanın aradan qaldırılmasına başlanılıb

 17:27 07.06.2019     365

Bakının Xətai rayonu, Babək prospektində su xəttində baş verən qəzanın aradan qaldırılmasına başlanılıb.

Bu barədə Trend-ə "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, əraziyə "Azərsu" ASC-nin qəza xidməti cəlb olunub:

"Hazırda qəzanın yerinin müəyyən olunması işləri aparılır. texnika və işci cəlb olunub. Həmin ərazidə əhalinin su təchizatında problem yoxdur".

Məlumatda bildirilir ki, hazırda ərazidə qazıntı işlərinə başlanılıb.

Xatırladaq ki, bir neçə saat əvvəl Bakının Xətai rayonu, Babək prospekti (maşın bazarının yaxınlığında) "Azərsu" ASC-yə məxsus su kəmərində qəza baş verib.