3 yaşlı Zəhra Bağırzadənin oğurlanması ilə bağlı cinayət işi açılıb

 17:29 07.06.2019     258

Bakıda 3 yaşlı Zəhra Bağırzadənin oğurlanması faktı ilə əlaqədar cinayət işi açılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Redaktor.az-a verilən xəbərə görə, qeyd edilən faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayəti törətməkdə şübhəli bilinən 1980-ci il təvəllüdlü Nəzərova Tərgül Şükür qızı şübhəli şəxs qismində saxlanılıb. Hazırda istintaq tədbirləri davam etdirilir.  

Qeyd edək ki, Bağırzadə Zəhra Rəsul qızı 4 iyun tarixində evdən çıxaraq itkin düşüb. O, iki gündən sonra tapılaraq ailəsinə təhvil verilib.