Bakı teleqülləsi alternativ enerji mənbələri ilə təmin olunub
Bakı televiziya qülləsi alternativ enerji mənbələri ilə təmin olunub.
Redaktor.az apa.az-a istinadən xəbər verir ki, bunu "Teleradio" İstehsalat Birliyindən deyiblər.
Müəssisədən bildiriblər ki, bu məqsədlə dizel-elektrik generatorlarından istifadə olunacaq ki, bu da fövqəladə hallar baş verdikdə teleqüllə fasiləsiz elektrik enerji ilə təmin ediləcək.
"Dizel-elektrik generatorların quraşdırılması ötən il Mingəçevir istilik elektrik stansiyasında baş verən qəzadan sonra aktuallaşdı. Belə ki, qəza nəticəsində televiziya yayımı tam kəsilməsə də, fasilələr müşahidə olunurdu. Hazırda dizel-elektrik generatorlar artıq qurulub", - deyə İstehsalat Birliyindən qeyd ediblər.












