Bakı Beynəlxalq Avtovağzal Kompleksinin rəsmi internet səhifəsi bir gün işləməyəcək

 18:05 07.06.2019     393

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin BBAK.az veb saytı sabah saat 00:00-dan etibarən texniki işlərlə əlaqədar olaraq iyunun 8-dək saat 8:00-a qədər fəaliyyətini dayandıracaq.

BBAK-dan verilən məlumata görə, qabaqcadan bilet əldə etmək istəyən sərnişinlər Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassaları ilə yanaşı, Nizami 126a ünvanında yerləşən “Silkway” turizm şirkətinin kassalarından da öncədən bilet əldə edə bilərlər. 

"Onlayn" qaydada bilet sifariş edən sərnişinlər biletləri əldə etmək üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarına yaxınlaşmalıdır.//Report.az