Gəncədə yük maşını qəza törədib - FOTO

 22:03 07.06.2019     357

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az ONA-ya istinadən xəbər verir ki, şəhərin qərb çıxışında baş vermiş hadisə zamanı yük maşını qəzaya uğrayıb.

Belə ki, Şirvan sakini Elvin Quluzadənin idarə etdiyi "Volvo" markalı qoşqulu yük maşını idarəetmədən çıxaraq yol təsərrüafatına ziyan vurub.

İlkin ehtimala görə, hadisəyə havanın yağmurlu keçməsi səbəb olub.

Qəzanın səbəbləri araşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən