Tovuzda 2 avtomobil toqquşub, xəsarət alanlar var
Tovuz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası ba verib.
Redaktor.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Dondar Quşçu kənd ərazisində qeydə alınıb.
"VAZ-2106" markalı avtomobilin digər avtomobillə toqquşması nəticəsində xəsarət alan hər iki şəxs xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.












