Mehdiabadda iki qardaş bıçaqlanıb

 03:23 08.06.2019     381

Abşeron rayonunda iki qardaşı bıçaqlayıblar.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Qəhrəmanov Tural Niyazi oğlu və onun qardaşı 1990-cı il təvəllüdlü Vüsal Qəhrəmanov naməlum şəxs tərəfindən bıçaqlanıb.

Hər iki yaralı 1 saylı şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən