“Xəzər-3” qurğusunda söküntü işləri aparılan zaman yanğın baş verib

 13:04 08.06.2019     303

Bakının Səbail rayonunda Xəzər dənizində (sahilə yaxın ərazidə) “Xəzər-3” qurğusunda söküntü işləri aparılan zaman yanğın baş verib.

Redaktor.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, yanğın nəticəsində 50 m² sahədə yağ və mazut qalıqları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən