Bakıdan Naxçıvana uçan təyyarə Lənkərana endi

 16:11 08.06.2019     330

Bakıdan Naxçıvana uçan sərnişin təyyarəsi eniş edə bilməyib.

Redaktor.az Axar.az-a istinadən xəbər verir ki, təyyarənin Naxçıvan Beynəlxalq Hava Limanına enməsinə hava şəraiti mane olub.

Məhz bu səbəbdən pilotlar təyyarənin istiqamətini dəyişərək Lənkərana uçublar. Təyyarə Lənkəran Beynəlxalq Hava Limanına enib.

Hazırda sərnişinlər hava limanında gözləyir.

Vumart və Güvən reklamı Vumart Güvən