Şamaxıda usta yıxılaraq xəsarət alıb

 17:58 08.06.2019     424

Şamaxıda usta evin tavan hissəsində işləyərkən yıxılıb.

Redaktor.az “Report”un Yuxarı Şirvan bürosuna istinadən xəbər verir ki, rayon sakini, 1973-cü il təvəllüdlü Tarverdiyev Sərdar Rizvan oğlu usta işlədiyi evin tavanından yıxılıb.

O, müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. 

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən