Daha bir avtobus qəzası: yaralılar var

 21:09 08.06.2019     378
Bakı-Qazax avtomobil magistralının Hacıqabul rayonunun Padar kəndi ərazisindən keçən hissəsində Gəncə sakini, 1971-ci il təvəllüdlü Tanrıverdiyev Arzu Camal oğlunun idarə etdiyi "Volkswagen” markalı 99 SF 710 dövlət nömrə nişanlı mikroavtobus yoldan çıxaraq aşıb. 
 
Redaktor.az-ın  APA-ya istinadən məlumatına görə, nəticədə sürücü və avtomobildə olan sərnişin - Gəncə sakini, 1957-ci il təvəllüdlü Hüseynov Tahir Rza oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.