Bakıda sıxılmış təbii qazla işləyən ilk sərnişin avtobusları istismara veriləcək - FOTO

 21:29 08.06.2019     292

"Xaliq Faiqoğlu” şirkəti Bakıda ilk dəfə olaraq sıxılmış təbii qazla (CNG) işləyən avtobusları istismara verəcək. 

Redaktor.az xəbər verir ki, şirkətdən APA-ya verilən məlumata görə, AVRO-6 standartlarına cavab verən test “İsuzu Citiport CNG” avtobusu 11-13 iyun tarixində Bakıda keçiriləcək 18-ci “Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi”ndə nümayiş etdiriləcək.

Sərginin başa çatmasından sonra avtobus paytaxt sakinlərinin istifadəsinə veriləcək və əvvəlcədən tərtib edilmiş proqrama uyğun olaraq test mərhələsi həyata keçiriləcək.

Şirkətdən həmçinin bildirib ki, müəssisə 2019-2022-ci illəri əhatə edən yeni inkişaf strategiyası çərçivəsində CNG ilə çalışan (AVRO-6 standartlı) 120 ədəd nəqliyyat vasitəsini Bakıya gətiriləcək.

Bakıda sıxılmış təbii qazla işləyən ilk sərnişin avtobusları istismara veriləcək - [color=red]FOTO[/color]