Bərdə, İmişli və Ağsuda yük maşınları partlayıb - 2 ölü, 1 yaralı var / VİDEO

 08:10 09.06.2019     398

Bərdədə iki yük avtomobili toqquşub. Nəticədə maşınlardan biri alışıb.

Redaktor.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, hadisə Bərdə rayonunun Alpout kəndi ərazisində qeydə alınıb.

Elnur Gülməmmədovun idarə etdiyi yük avtomobili ilə hərəkətdə olarkən qəfil yola çıxan digər yük avtomobili toqquşub. Nəticədə Elnur Gülməmmədovun idarə etdiyi yük avtomobilinin yanacaq çənində güclü partlayış baş verib. Hadisə zamanı 3 nəfər sürücü 36 yaşlı Elnur Gülməmmədov, onun qardaşı oğlu 10 yaşlı İlyas Gülməmmədov və sərnişin Nizami Əliyev ağır yanıq xəsarətləri alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin tibbi yardım almalarına baxmayaraq vəziyyətləri ağırlaşan azyaşlı İlyas Gülməmmədov və sərnişin Nizami Əliyev paytaxta göndərilib. Ancaq orada həkimlərin səyinə baxmayaraq hər ikisi dünyasını dəyişib. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

İmişlidə isə benzin daşıyan avtomaşın partlayıb.Qaravəlli kəndində Abdul Zeynalov idarə etdiyi benzin daşıyan avtomaşınla evinə gəlib. O, maşını həyətindən kənarda saxlayıb. Bir qədər sonra avtomaşında yanğın başlayıb, daha sonra isə partlayış baş verib.

Partlayış zamanı xəsarət alan olmayıb. Hadisə yerinə İmişli rayon yanğından mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib, alovun qarşısı alınıb.

Faktla bağlı araşdırma başlanılıb.

Ağsuda da yük avtomobili yanıb. Hadisə Muğanlı - İsmayıllı yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində baş verib . Bakıdan İsmayıllı isdiqamətində hərəkət edərkən 34 yaşlı Daşqın Sərdərov idarə etdiyi yük avtomobilində anidən yanğın baş verib. Sürücü dərhal maşından uzaqşlaşıb. Avtomobil yanaraq yararsız vəziyyətə düşüb.