Prezident İlham Əliyev Portuqaliya Prezidentini təbrik edib

 16:52 08.06.2019     250

Prezident İlham Əliyev Portuqaliya Respublikasının Prezidenti Marselu Rebelu di Souzanı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, təbrikdə deyilir:

Hörmətli cənab Prezident,      

Ölkənizin milli bayramı – Portuqaliya Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Portuqaliya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Vumart və Güvən reklamı Vumart Güvən