İki yaşlı uşağı yaşadığı evdə ilan sancdı

 10:04 09.06.2019     224

İyunun 8-də saat 23:00 radələrində Qax rayonunun Üzümlü kənd sakini, iki yaşlı Rəhim Eyvaz oğlu Camalovu ilan sancıb.  

Redaktor.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, uşaq dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Tibb müəssisəsindən bildirilib ki, müayinə zamanı R.Camalovu yaşadığı evin
eyvanında, sağ əlindən ilan sancması məlum olub. Xəstəxananın reanimasiya
şöbəsinə yerləşdirilən R.Camalova lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-
stabil qiymətləndirilir.