Bakıda 3 avtomobil toqquşub, sürücülərdən biri xəsarət alıb - VİDEO

 10:51 09.06.2019     333

Bakının Xətai rayonunda 3 avtomobil toqquşub.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, "Nargilə" kafesindən "Ukrayna" dairəsinə gedən istiqamətdə baş verən hadisə nəticəsində bir nəfər xəsarət alıb. 

"Mersedes" markalı avtomobil qəflətən yolun əks istiqamətinə, geriyə dönərkən qarşıdan gələn "Daewoo Nexia" markalı avtomobillə toqquşub. Bu zaman arxadan gələn digər "Mersedes" markalı avtomobil "Daewoo Nexia"ya çırpılıb.

Nəticədə geriyə dönüş etmək istəyən avtomobilin sürücüsü bədən xəsarəti alıb.