Kürdəmirdə biçilmiş taxıl sahəsi yanıb - FOTO

 13:57 09.06.2019     347

Kürdəmir rayonunda 1 hektar ərazidə biçilmiş taxıl sahəsi yanıb.

Redaktor.az "Report"un Yuxarı-Şirvan bürosuna istinadən xəbər verir ki, hadisə günorta saatlarında rayonun Çöhranlı kəndində, kənd bələdiyyəsinə məxsus ərazidə baş verib.

Əraziyə FHN-in Kürdəmir Yanğın Mühafizə Xidmətinin texnika və şəxsi heyəti cəlb olunub. Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.

Fakt araşdırılır.