Bakının mərkəzində ağır qəza - FOTO

 18:43 09.06.2019     400

Bu gün Bakının mərkəzi hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az Nyus24.az-a istinadla xəbər verir ki, Nəsimi rayonu Bülbül prospektində "Hunday" və "Great Vall" markalı minik maşınları toqquşub.

Qəza zamanı sürücünün nəzarətindən çıxan "Hunday" markalı avtomobil yolun kənarındakı irigövdəli ağaca çırpılıb. Xoşbəxtlikdən yolun kənarındakı şəxslərdən ölən və xəsarət alan olmayıb. Avtomobillərdə olan 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

 

Vumart və Güvən reklamı Vumart Güvən