Bakıda restoran işçisini elektrik cərəyanı vurub

 22:30 09.06.2019     270

Bakıda restoranda orta yaşlı kişini elektrik cərayanı vurub.

Redaktor.az-ın ona.az-a istinadən məlumatına görə, hadisə Səbail rayonunda baş verib.

"Aysberq" restoranında işləyən 1981-ci il təvəllüdlü Abbasov Pərviz Məhərrəm oğlu çalışdığı iaşə obyektində iş görərkən elektrik cərəyanının vurması nəticəsində xəsarət alıb.

Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.