Bərdədəki dəhşətli qəzanın görüntüləri yayıldı - VİDEO

 22:47 09.06.2019     395

İyunun 7-də Bərdə rayon ərazisində baş verən dəhşətli qəzanın görüntüləri yayılıb. 

Sosial şəbəkədə yer alan görüntülərdə “Qazel” markalı yük avtomobillərinin toqquşması əks olunub. 

Hadisədən dərhal sonra avtomobillərdən biri alışıb. 

Qeyd edək ki, 1995-ci il təvəllüdlü Elvin Mirzəyev və 1983-cü il təvəllüdlü Elnur Gülməmmədovun idarə etdikləri “Qazel” markalı yük avtomobillərinin toqquşması zamanı baş vermiş yanğın nəticəsində xəsarət alan İlyas Gülməmmədov və Nizami Əliyev dünyasını dəyişib.

Aparılmış istintaqla hadisənin Elvin Mirzəyev tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində saxlanılıb.